Polşada 6 nəfəri öldürən şəxs xəstəxanada keçindi

Dünya xəbərləri Xəbər 9 Noyabr 2026 10:11 (UTC +04:00)
Polşada 6 nəfəri öldürən şəxs xəstəxanada keçindi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Polşanın Krakov şəhərinin mərkəzi hissəsində noyabrın 7-də atəş açan şəxs xəstəxanada ölüb.

TASS-ın məlumatına görə, bu barədə Malopol voyevodalığının polisi məlumat yayıb.

“Faciəli hadisənin təqsirkarının bu gün səhər saatlarında xəstəxanada vəfat etdiyini bildiririk”, – deyə hüquq-mühafizə orqanlarının “X” sosial şəbəkəsindəki səhifəsində dərc olunan paylaşımda qeyd olunub.

Polşanın Krakov şəhərinin mərkəzində noyabrın 7-də baş verən silahlı hücum zamanı altı nəfər həlak olub, 15 nəfər yaralanıb. Hadisə şəhərin tarixi Mərkəzi Meydanında baş verib. 24 yaşlı Polşa vətəndaşı avtomobildən təsadüfi istiqamətlərə atəş açıb. Hərbi geyimdə olan hücumçu polis əməkdaşları ilə atışmadan sonra güllələnərək saxlanılıb. Hadisə nəticəsində yaralananlar arasında iki polis əməkdaşı da var.

Polşa Baş Prokurorluğu hadisə ilə bağlı cinayət işini terror xarakterli cinayət kimi təsnif edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti