Çində yaşayış binası yanıb - 14 nəfər ölüb (VİDEO)

Dünya xəbərləri Xəbər 9 Noyabr 2026 09:39 (UTC +04:00)
Çində yaşayış binası yanıb - 14 nəfər ölüb (VİDEO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Çinin şimalında - Taiyuan şəhərində yerləşən yaşayış binasında baş vermiş yanğın nəticəsində 14 nəfərin həlak olduğu bildirilib.

Bu barədə Çinin “Sinxua” dövlət agentliyi məlumat yayıb.

Yanğın bazar günü saat 17:00 radələrində Şansi əyalətinin Taiyuan şəhərində yerləşən yaşayış binasında baş verib.

Agentlik bildirib ki, ümumilikdə 38 nəfər tibbi yardım göstərilməsi üçün xəstəxanalara çatdırılıb. Onlardan beşi həyatını itirib. Bazar ertəsi səhər saatlarında isə ölənlərin sayının 14 nəfərə çatdığı açıqlanıb.

Məlumata görə, yanğın bazar günü söndürülüb, axtarış-xilasetmə əməliyyatları isə başa çatdırılıb. Yanğının başvermə səbəbi araşdırılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti