Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticələrini verir - Şoyqu

Siyasət Xəbər 9 Noyabr 2026 13:13 (UTC +04:00)
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticələrini verir - Şoyqu
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin XIV illik görüşündə çıxış edib. O, Ukrayna və Avropanın münaqişənin sülh yolu ilə nizamlanmasına hazır olub-olmamasını, NATO infrastrukturunun genişləndirilməsini və Cənubi Qafqazdakı vəziyyəti qiymətləndirib.

Bu barədə “Vedomosti” məlumat yayıb.

Şoyqu bildirib ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması, eləcə də Gürcüstanın milli maraqların qorunmasına yönəlmiş siyasəti sayəsində Cənubi Qafqazda vəziyyət yaxşılaşmağa meyillidir.

O qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və regionda faktiki sülhün bərqərar olması öz nəticələrini verir.

Rusiya Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, Gürcüstan hakimiyyəti 2024-cü ildə Qərbyönlü müxalifətin təşəbbüs göstərdiyi dövlət çevrilişinin qarşısını faktiki olaraq alıb və ölkənin milli maraqlarının müdafiəsinə yönəlmiş siyasət yürütməyə başlayıb.

“Vurğulamaq istərdim ki, regional problemlər kənar ölkələrin müdaxiləsi olmadan siyasi-diplomatik vasitələrlə həll edilməlidir”, – deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti