Laçına mövsümün ilk qarı yağıb (VİDEO)

Cəmiyyət Xəbər 9 Noyabr 2026 12:16 (UTC +04:00)
Laçına mövsümün ilk qarı yağıb (VİDEO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Laçın.Trend:

Laçın şəhərinə və rayon ərazisinə mövsümün ilk qarı yağıb.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, yağan qar nəticəsində şəhər və ətraf ərazilər tamamilə qarla bürünüb.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin noyabrın 9-u saat 10:00-a olan məlumatına əsasən, qar örtüyünün hündürlüyü: Şahdağda 29, Qrızda 27, Xınalıqda 25, Sarıbaşda (Qax) 23, Əlibəydə (Zaqatala) 22, Qusarda (Laza) 20, Kişçayda (Şəki) 17, Gədəbəydə 11, Daşkəsəndə 10, Xaltanda 8, Kəlbəcərdə 7, Laçın, Qubadlı, Altıağacda 4, Şuşa, Şahbuzda 2, Lerik və Göygöldə 1 sm-dir.

Xankəndinə sulu qar, Xocalı və Füzulidə isə yağış yağıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti