İran beynəlxalq ekspertləri nüvə obyektinə buraxdı

Dünya xəbərləri Xəbər 9 Noyabr 2026 12:30 (UTC +04:00)
İran beynəlxalq ekspertləri nüvə obyektinə buraxdı
Elnur Bağışov
Elnur Bağışov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Bir neçə gün öncə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri Buşehr Atom Elektrik Stansiyasında yoxlamalar həyata keçirib.

İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu nazirliyin mətbuat katibi İsmayıl Bəqai bazar ertəsi (9 noyabr) Tehranda keçirilən mətbuat konfransında deyib.

Bəqai bildirib ki, bununla yanaşı İranın Vyanadakı nümayəndəliyi Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə daimi və peşəkar şəkildə əlaqədədir.

“İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin qaydaları çərçivəsində öz öhdəliklərinin yerinə yetirilməsini dayandırmayıb. Lakin başqa tərəflər, ABŞ və İsrailin İranın nüvə obyektlərinə hücumları nəzarət öhdəliklərinin icra olunmasını problemlə üzləşdirib”, - deyə o bildirib.

Bəqai əlavə edib ki, İran Nüvə Silahlarının Yayılmamasına dair Sazişin üzvüdür. Nəzarət üzrə götürdüyü öhdəlikləri yerinə yetirir. Cavabdeh olmalı olan tərəflər İrana hücum edən tərəflərdir. Bu vəziyyət davam etdikcə, İranın AEBA ilə əməkdaşlığında normal şərait ola bilməz.

“Eyni zamanda həm AEBA-nın baş direktoru, həm də Direktorlar Şurası öz vəzifəsini yerinə yetirməyib və ABŞ və İsrailin İranın nüvə obyektlərinə hücumları qarşısında mövqe sərgiləməyib”, -deyə o qeyd edib.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti