Bakı.Trend:
ABŞ həbsxanasında saxlanılan Venesuela Prezidenti Nikolas Maduro dinə və fəlsəfəyə üz tutub.
Bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Maduro asudə vaxtının böyük hissəsini Bibliya və Quran oxumaqla keçirir. Bundan əlavə, o, yəhudiliyə də maraq göstərməyə başlayıb.
NYT yazır ki, həbsxanada Maduro və həyat yoldaşı Siliya Flores çəki itiriblər. Jurnalistlər Venesuela Prezidentinin xanımının səhhətini “qeyri-sabit” kimi qiymətləndiriblər.
Məlumata görə, saxlanıldığı zaman Flores uşaqlığın çıxarılması əməliyyatını keçirmişdi. Həbsxanada olarkən onun infarkt keçirmiş ola biləcəyi bildirilir. Bundan əlavə, o, iki dişini itirib.
Siliya Floresin ABŞ həbsxanasında olarkən infarkt keçirmiş ola biləcəyi və 11 kiloqramdan çox çəki itirdiyi barədə onun vəkilləri də Associated Press (AP) agentliyinə məlumat veriblər.
