Özgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Siyasət Xəbər 9 Noyabr 2026 15:03 (UTC +04:00)
Özgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib.

Bu barədə Prezident İlham Əliyevin "X" hesabında paylaşım edilib.

"Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng etmişdir.

Özgür Özəl Zəfər Günü münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırmışdır. Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirmişdir.

Telefon danışığı əsnasında Azərbaycan və Türkiyə dövlətləri və xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin sarsılmaz olduğu bir daha qeyd olunmuşdur", - deyə paylaşımda qeyd edilib.

Xəbər lenti

Xəbər lenti