Qarabağda genişmiqyaslı bərpa işləri davam edir - Ərdoğan

Siyasət Xəbər 9 Noyabr 2026 21:23 (UTC +04:00)
Qarabağda genişmiqyaslı bərpa işləri davam edir - Ərdoğan

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra təşkil olunan mətbuat konfransında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma tədbirlərinə toxunub.

O, Qarabağda genişmiqyaslı bərpa işlərinin davam etdiyini qeyd edib.

Türkiyə Prezidenti bildirib ki, hazırda Qarabağın bütün bölgələrində sülh ab-havası hökm sürür və Türkiyə Azərbaycana bu prosesdə hərtərəfli dəstək verir.

Ərdoğan, həmçinin Qarabağın azadlığı uğrunda canlarından keçən şəhidlərə Allahdan rəhmət diləyib.

Xəbər lenti

Xəbər lenti