Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan ötən gün Xankəndidə Vətən Müharibəsi Qəhrəmanları və ordenlərlə təltif olunmuş hərbçilərlə görüşüblər.
Prezident İlham Əliyev qəhrəman hərbçiləri təqdim edərkən onların Vətən müharibəsindəki rolunu xüsusi vurğulayıb.
“Burada olanların hamısı ən yüksək dövlət nişanlarına layiq görülmüş şəxslərdir. Düşmənə dərs verən bunlardır”, – deyə Prezident İlham Əliyev bildirib.
Qeyd edək ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, “Qarabağ” və “Zəfər” ordenləri ilə təltif olunmuş hərbi qulluqçular iştirak ediblər.
