Konqresə Pentaqon rəhbərinin impiçmenti ilə bağlı qətnamə təqdim olunub

Dünya xəbərləri Xəbər 10 Noyabr 2026 00:41 (UTC +04:00)
Konqresə Pentaqon rəhbərinin impiçmenti ilə bağlı qətnamə təqdim olunub

Bakı. Trend:

Respublikaçı konqresmen Tomas Massi ABŞ Nümayəndələr Palatasına müdafiə naziri Pit Heqsetin impiçmentinə başlanılmasını nəzərdə tutan qətnamə təqdim edib.

Səkkiz maddədən ibarət sənədin üç bəndi İranla müharibə ilə bağlıdır.

Massi Nümayəndələr Palatasındakı çıxışı zamanı qətnamənin bəzi müddəalarını açıqlayıb. Sənəddə Heqsetin İrana qarşı müharibənin başlanması ilə əlaqədar “qanunsuz əmrləri bilərəkdən icra etdiyinə” görə vəzifəsindən kənarlaşdırılması tələb olunur.

Konqresmen bildirib ki, sözügedən addımlar Konqresin razılığı alınmadan və İranın ABŞ üçün birbaşa təhlükə yaratmadığı bir şəraitdə atılıb.

Qətnamədə Heqsetə qarşı digər ittihamlar da yer alıb. Bunlara mülki əhalinin müdafiəsi qaydalarının pozulması, ABŞ-ın dəniz əməliyyatları zamanı narkotik qaçaqmalçılığında şübhəli bilinən şəxslərin məhkəmə qərarı olmadan öldürülməsi, söz azadlığının məhdudlaşdırılması, eləcə də Venesuelada Nikolas Maduronun ələ keçirilməsi əməliyyatında iştirak daxildir.

Qətnamə ilə bağlı səsvermənin yaxın günlərdə keçirilməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti