Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Konqresə keçirilən seçkilərin nəticələrinin saxtalaşdırıldığını iddia edib.
Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edərək bildirib.
Tramp seçkilərin şəffaflığına şübhə ilə yanaşaraq sorğuların nəticələri ilə faktiki göstəricilər arasındakı fərqə diqqət çəkib. O, erkən səsvermə zamanı qeydə alınan bəzi səsvermə dalğalarının miqyasının o qədər böyük olduğunu iddia edib ki, seçicilərin sayından asılı olmayaraq qalib gəlmək mümkün olmayıb.
ABŞ Prezidenti bunun səbəbinin seçicilərdən daha çox əhəmiyyət daşıyan səsvermə maşınları ilə bağlı olduğunu vurğulayıb.
Qeyd edək ki, noyabrın 4-də ABŞ Konqresinə aralıq seçkilər keçirilib.