Bakı. Trend:
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə noyabrın 10-11-də BMT-nin İqlim Dəyişməsi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) tədbirlərində iştirak etmək üçün Antaltyaya səfər edəcək.
Özbəkistan Prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, qlobal iqlim sammitində dövlət və hökumət başçıları, nüfuzlu beynəlxalq təşkilatların və maliyyə institutlarının rəhbərləri, həmçinin yüksək səviyyəli nümayəndə heyətləri iştirak edəcəklər.
Gündəliyə BMT-nin İqlim Dəyişməsi üzrə Çərçivə Konvensiyasının əsas müddəalarının həyata keçirilməsi, müasir ekoloji çağırışlar və təhdidlərlə mübarizə, eləcə də "yaşıl" inkişaf məqsəd və vəzifələrinin təşviqi üçün beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri daxil olacaq.
Mirziyoyev sammitin plenar iclasında məruzə ilə çıxış edəcək, həmçinin bir sıra ikitərəfli görüşlər və danışıqlar aparacaq.
Özbəkistan 1993-cü ildə BMT-nin İqlim Dəyişməsi üzrə Çərçivə Konvensiyasına qoşulub, 2018-ci ildə isə Paris Sazişinin iştirakçısı olub.
