Bakı. Trend:
ABŞ Ukrayna münaqişəsinin həlli üçün diplomatik təşəbbüslər irəli sürməyə davam edəcək, lakin danışıqların uğurla nəticələnəcəyinə zəmanət verə bilməz.
Bunu ABŞ Dövlət katibi Marko Rubio Parisdə jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Vaşinqtonun əsas məqsədi tərəflər arasında danışıqları asanlaşdırmaq və diplomatik həllə nail olmaq üçün yeni ideyalar irəli sürməkdir.
Rubio ABŞ-nin bu istiqamətdə səylərini davam etdirəcəyini vurğulasa da, yekun nəticəyə zəmanət verməyin mümkün olmadığını bildirib.
Dövlət katibi bu açıqlamanı Əbu-Dabidə Ukrayna ilə bağlı keçirilməsi nəzərdə tutulan üçtərəfli danışıqlara hazırlıqla bağlı sualı cavablandırarkən verib.