Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Şurası Ukraynaya Hərbi Yardım Missiyasının mandatını 2028-ci il noyabrın 15-dək uzadıb.
Bu barədə Aİ Şurasının bəyanatında bildirilib. Qeyd olunub ki, missiyanın növbəti iki il üçün büdcəsi təxminən 300 milyon avro təşkil edəcək.
Genişləndirilmiş mandat döyüş əməliyyatlarından əldə olunan təcrübənin öyrənilməsini və Ukrayna Silahlı Qüvvələrinin hərbi hazırlığının gücləndirilməsini nəzərdə tutur.
Aİ-nin məlumatına görə, 2022-ci ilin oktyabrında yaradılan missiya indiyədək 100 mindən çox ukraynalı hərbi qulluqçuya təlim keçib. Missiya NATO və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığı da davam etdirəcək.