Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

Cəmiyyət Xəbər 10 Noyabr 2026 12:53 (UTC +04:00)
Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT
Aysel Məmmədli
Aysel Məmmədli
Redaktor Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın paytaxtı İrəvanda yerləşən tarixi Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adı verilib. Növbəti mərhələdə həmin zalda şairin büstünün qoyulması planlaşdırılır.

Bu barədə İranın Ermənistandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, müvafiq təşəbbüs çərçivəsində İrəvanda işgüzar səfərdə olan İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi şairin adının əks olunduğu lövhənin açılışını edib.

İranın Ermənistandakı səfirliyindən məlumatına əsasən, növbəti mərhələdə məscidin mərasim zalında Çarentsin büstünün quraşdırılması nəzərdə tutulur.

Xatırladaq ki, İrəvandakı Göy məscid Azərbaycanın tarixi-mədəni irsi ilə bağlı mühüm abidələrdən biridir. XVIII əsrdə İrəvan xanlığı dövründə inşa edilən məscid İrəvan xanı Hüseynəli xanın adı ilə bağlıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti