Dənizkənarı Milli Park ərazisində batan şəxs xilas edilib (VİDEO)

Hadisə Xəbər 10 Noyabr 2026 11:15 (UTC +04:00)
Dənizkənarı Milli Park ərazisində batan şəxs xilas edilib (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Ehtiyatsızlıqdan dəniz kənarına yıxılaraq qayalıqda köməksiz vəziyyətdə qalan 2006-cı il təvəllüdlü Əliyev Mədət Fərhad oğlu dalğıclar tərəfindən təxliyə edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti