Venesuela və ExxonMobil arasında investisiya əməkdaşlığına dair memorandum imzalanıb

Dünya xəbərləri Xəbər 10 Noyabr 2026 21:41 (UTC +04:00)
Venesuela və ExxonMobil arasında investisiya əməkdaşlığına dair memorandum imzalanıb
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Venesuelanın dövlətə məxsus neft-qaz şirkəti "Petróleos de Venezuela S.A." (PDVSA) ilə Amerikanın "ExxonMobil" şirkəti arasında konkret investisiya müqavilələrinin bağlanmasına imkan yaradacaq anlaşma memorandumu imzalanıb.

Bu barədə Venesuelanın prezident səlahiyyətlərini icra edən Delsi Rodriqez bildirib.

Rodriqez yerli telekanala açıqlamasında memorandumun tezliklə konkret razılaşmaların imzalanmasına, eləcə də gözlənilən investisiyaların həyata keçirilməsinə yol açacağına ümid etdiyini bildirib.

O, "ExxonMobil" ilə əməkdaşlığın həm Amerika şirkəti, həm də Venesuela xalqı üçün faydalı olacağını vurğulayıb.

Rodriges qeyd edib ki, memorandum ehtiyatları milyardlarla barel neft təşkil edən yataqları əhatə edir.

Onun sözlərinə görə, "ExxonMobil" layihənin inkişafı üçün zəruri potensiala, texnologiyaya, kapitala və investisiya imkanlarına malikdir. O, həmçinin Venesuelanın təkcə maddi resurslarla deyil, karbohidrogen sənayesində təcrübəli mütəxəssislərlə də zəngin olduğunu bildirib.

Rodriqez Venesuela dövlətinin Amerika şirkətinin fəaliyyəti və təhlükəsizliyi üçün etibarlı hüquqi baza təmin edəcəyini qeyd edib. Onun sözlərinə görə, əldə olunan razılaşma ölkə iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcək.

Xəbər lenti

Xəbər lenti