Bolqarıstanda baş verən qəzada ölənlərin sayı 12-yə çatıb

Dünya xəbərləri Xəbər 10 Noyabr 2026 20:21 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Bolqarıstanda 50-dən çox avtomobilin iştirakı ilə baş verən zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin sayı 12 nəfərə çatıb.

Qəza ilə əlaqədar noyabrın 11-də Bolqarıstanda matəm günü elan ediləcək.

Qəza səhər saatlarında qatı duman şəraitində, Yambol şəhəri yaxınlığında yerləşən "Frakiya" avtomagistralında baş verib.

Magistralın 289-cu və 294-cü kilometrləri arasındakı hissədə onlarla yük və minik avtomobili, eləcə də bir avtobus toqquşub.

Hadisə nəticəsində xəsarət alan təxminən 50 nəfər yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti