Vensan Kompani səhhətindəki problemlərdən sonra "Bavariya"nın düşərgəsinə qayıdıb

İdman Xəbər 10 Noyabr 2026 19:50 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

"Bavariya"nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan problemlərdən sonra klubun düşərgəsinə qayıdıb.

Trend xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

40 yaşlı belçikalı mütəxəssis bu gün səhər saatlarında Münhendə yerləşən "Zəbener Ştrasse" bazasına gəlib və klubun ofisində kompüter arxasında işləyib.

Kompani zədələnmiş futbolçuların, o cümlədən Luis Diasın meydançada keçdiyi bərpa məşqlərini izləmək istəyib.

O, həmçinin köməkçisi Floribert Nqalula və klubun idman direktoru Kristof Freyndlə görüşüb.

Xəbər lenti

Xəbər lenti