"ING Group" neftin qiymətinin 2027-ci ildə 77 dollara enəcəyini proqnozlaşdırır

Energetika Xəbər 11 Noyabr 2026 10:02 (UTC +04:00)
"ING Group" neftin qiymətinin 2027-ci ildə 77 dollara enəcəyini proqnozlaşdırır
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Niderlandın ən böyük bank qrupu "ING Group" dünya bazarında “Brent” markalı xam neftin bir barelinin orta qiymətinin 2026-cı ildə 90 dollar, 2027-ci ildə isə 77 dollar olacağını proqnozlaşdırır.

Bu barədə "ING Group"un noyabrın 10-na olan əmtəə bazarı proqnozlarında bildirilir.

Proqnozlara əsasən, “Brent” markalı neftin bir barelinin orta qiymətinin 2026-cı ilin üçüncü rübündə 91 dollar, dördüncü rübündə isə 95 dollar təşkil edəcəyi gözlənilir.

2027-ci ildə isə neft qiymətlərində tədricən azalma proqnozlaşdırılır. Belə ki, gələn ilin birinci rübündə “Brent” markalı neftin orta qiymətinin 85 dollar, ikinci rübündə 78 dollar, üçüncü rübündə 75 dollar, dördüncü rübündə isə 70 dollar olacağı ehtimal edilir.

Beləliklə, "ING Group" 2027-ci il üzrə orta illik neft qiymətini 77 dollar/barel səviyyəsində qiymətləndirir. Bu, 2026-cı il üçün gözlənilən 90 dollarla müqayisədə 13 dollar və ya təxminən 14,4% azdır.

Təbii qaz bazarında da qiymətlərin azalması proqnozlaşdırılır. "ING Group"un qiymətləndirməsinə görə, Avropada təbii qazın qiyməti üçün əsas göstəricilərdən biri olan Niderlandın TTF qaz fyuçerslərinin orta qiyməti 2026-cı ildə 60 avro/MVt·saat, 2027-ci ildə isə 48 avro/MVt·saat təşkil edəcək.

Rüblük proqnozlara əsasən, TTF qazının qiymətinin 2026-cı ilin üçüncü rübündə 64 avro, dördüncü rübündə 90 avro/MVt·saat olacağı gözlənilir. 2027-ci ildə isə göstəricinin birinci rübdə 75 avro, ikinci rübdə 45 avro, üçüncü rübdə 37 avro, dördüncü rübdə isə 35 avro/MVt·saat səviyyəsinə enəcəyi proqnozlaşdırılır.

Beləliklə, "ING Group"un gözləntilərinə görə, 2027-ci ildə həm neft, həm də təbii qaz bazarında orta qiymətlər əvvəlki illə müqayisədə aşağı olacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti