Cənubi Koreyada baş verən qəzada 48 nəfər xəsarət alıb

Dünya xəbərləri Xəbər 11 Noyabr 2026 07:32 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreyanın Sonnam şəhərində 33 nəqliyyat vasitəsinin toqquşması nəticəsində azı 48 nəfər xəsarət alıb.

Hadisə yerli vaxtla saat 07:34 radələrində baş verib. Sərnişin avtobusu yolayrıcında svetoforun qarşısında dayanan avtomobillərə çırpılıb və hərəkət zolaqlarını ayıran maneəni aşıb. Nəticədə altı nəfər ağır yaralanıb.

Məlumata görə, 60 yaşlı avtobus sürücüsü əyləc sisteminin sıradan çıxdığını bildirib. Avtobus təxminən 100-150 metrlik məsafədə park edilmiş dörd avtobusa, bir yük maşınına və 27 minik avtomobilinə çırpılıb.

Polis qəzanın əyləc sistemindəki nasazlıq səbəbindən baş verib-vermədiyini araşdırır. Hadisə yerində aparılan yoxlama zamanı sürücünün sərxoş olmadığı müəyyən edilib.

Yonhap agentliyinin məlumatına görə, ağır yaralanan altı nəfərin həyatı üçün təhlükə yoxdur. Xəsarət alanların əksəriyyətində sıyrıqlar qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti