Binance iOS istifadəçilərinə xəbərdarlıq edib

Dünya xəbərləri Xəbər 11 Noyabr 2026 05:35 (UTC +04:00)
Binance iOS istifadəçilərinə xəbərdarlıq edib
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Binance kriptovalyuta birjası iOS 26.7.1, 27.0.1 və 27.2 versiyalarında zərərli proqramların digər tətbiqlərin fayllarına daxil olmasına imkan verən boşluq barədə xəbərdarlıq edib.

Bu barədə kriptovalyuta birjasının məlumatında bildirilib.

Hesabatda qeyd olunub ki, iOS-un sözügedən versiyalarında "worser_query" adlı boşluq aşkar edilib. Bu boşluq zərərli tətbiqlərə digər proqramlara məxsus fayllara daxil olmaq imkanı yaradır. Nəticədə seed-frazalar, məxfi açarlar və giriş məlumatları təhlükə altına düşə bilər.

Binance əlavə edib ki, problem birbaşa iOS əməliyyat sistemi ilə bağlıdır və yalnız Binance tətbiqinə deyil, bütün ekosistemə təsir göstərir.

Kriptovalyuta birjası istifadəçilərə rəsmi App Store mağazasından kənar mənbələrdən quraşdırılmış tətbiqləri silməyi, iOS əməliyyat sistemini və bütün tətbiqləri ən son rəsmi versiyalara yeniləməyi tövsiyə edib.

Bundan əlavə, Binance təmiz cihazda yeni kriptovalyuta cüzdanı yaratmağı, vəsaitləri həmin cüzdana köçürməyi və bütün aktiv sessiyaları dayandırmağı məsləhət görüb.

Birja vurğulayıb ki, etibarsız mənbələrdən tətbiqlər quraşdırmaqdan çəkinmək və cihazın proqram təminatını mütəmadi yeniləmək vacibdir. Vəsaitlərin təhlükəsizliyi ilk növbədə mobil cihazın təhlükəsizliyindən başlayır.

Xəbər lenti

Xəbər lenti