Fars körfəzində hücum nəticəsində BƏƏ şirkətinə məxsus gəmi zədələnib

Dünya xəbərləri Xəbər 10 Noyabr 2026 23:02 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fars körfəzindəki ərazi sularında baş verən hücum nəticəsində "ADNOC Logistics & Services" şirkətinə məxsus gəmi zədələnib.

Bu barədə şirkətin açıqlamasında bildirilib.

"ADNOC Logistics & Services" şirkəti noyabrın 10-da günorta saatlarında BƏƏ-nin Fars körfəzindəki ərazi sularında baş verən hücum nəticəsində gəmilərindən birinin zədələndiyini təsdiqləyib.

Bildirilib ki, hazırda ixtisaslaşmış qruplar hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində iş aparırlar.

Qeyd edək ki, "ADNOC Logistics & Services" enerji sektoru üçün dəniz logistikası xidmətləri göstərən Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) struktur bölməsidir.

Xəbər lenti

Xəbər lenti