Bakı. Trend:
"Sabah" basketbol klubu FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə növbəti oyununu keçirib.
Bakı təmsilçisi Türkiyənin "Trabzonspor" komandası ilə qarşılaşıb.
Milli Gimnastika Arenasında təşkil olunan görüş "Sabah"ın 91:72 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan çempionu III turda Fransanın "Nanter 92" komandasını da 87:80 hesabı ilə məğlub edib.
Komanda I turda Litvanın "Ritas" klubuna 73:82, II turda isə "Trabzonspor"a 83:100 hesabı ilə uduzub.
