Almaniya Bundesveri Çin istehsalı dronların istifadəsini qadağan edib

Dünya xəbərləri Xəbər 11 Noyabr 2026 02:14 (UTC +04:00)
Almaniya Bundesveri Çin istehsalı dronların istifadəsini qadağan edib
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya Bundesveri casusluq təhlükəsi ilə əlaqədar hərbi kazarma və poliqonlarda Çin istehsalı olan kiçik dronların istifadəsini qadağan edib.

DJI də daxil olmaqla, Çin şirkətlərindən alınmış dronların istismarı dayandırılacaq və onlar Avropa istehsalı olan cihazlarla əvəzlənəcək.

Bundan başqa, BYD, “Geely” və NIO markalı Çin avtomobillərinin hərbi obyektlərin ərazisinə daxil olmasına da məhdudiyyət qoyulub.

Bu avtomobillərin sahibi olan hərbçilərə nəqliyyat vasitələrini hərbi hissələrin ərazisindən kənarda saxlamaq tapşırılıb.

Xəbər lenti

Xəbər lenti