Bakı. Trend:
ABŞ-də neft hasilatının 2025-ci ildəki gündəlik 13,66 milyon bareldən 2026-cı ildə 13,86 milyon barelə yüksələcəyi proqnozlaşdırılır.
Bu ABŞ-nin Energetika Nazirliyin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında qeyd olunub.
Beləliklə, 2026-cı il üçün hasilat proqnozu əvvəlki hesabatla müqayisədə gündəlik 10 min barel artırılıb. Əvvəlki proqnoz 13,87 milyon barel təşkil edib.
EIA 2027-ci ildə ABŞ-da neft hasilatının gündəlik 14,3 milyon barelə çatacağını gözləyir. Bu göstərici əvvəlki proqnozla eyni səviyyədə saxlanılıb.
