Bakı. Trend:
ABŞ-nin Energetika Nazirliyi 2026-cı ildə Brent markalı xam neftin orta qiyməti ilə bağlı proqnozunu 1,2% artıraraq bir barel üçün 96,32 dollardan 97,44 dollara yüksəldib.
Bu ABŞ-nin Energetika Nazirliyin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında qeyd olunub.
Hesabatda qeyd olunub ki, neft qiymətləri oktyabr ayında ardıcıl üçüncü ay artıb. Buna qlobal ehtiyatların azalması, Fars körfəzində neft tankerlərinə hücumlar, dəniz nəqliyyatı imkanlarının məhdudlaşması və daşınma xərclərinin artması səbəb olub. Bütün bu amillər neft təklifinin azalmasına gətirib çıxarıb.
ABŞ-nin Energetika Nazirliyi mövcud şəraitdə Brent markalı xam neftin spot qiymətinin ilin sonunadək bir barel üçün 100 dollar ətrafında qalacağını gözləyir.
Nazirliyin proqnozuna əsasən, 2027-ci ildə Brent markalı neftin orta qiyməti bir barel üçün 85,78 dollar təşkil edəcək.
