Bakı. Trend:
"Çelsi" və "Aston Villa" "Lans" klubunun müdafiəçisi Killian Antonio ilə maraqlanır
Məlumata görə, "Aston Villa" yanvar ayında Antonio üçün Fransa klubuna 20 milyon avro məbləğində təklif göndərməyi planlaşdırır. Lakin "Lans" 18 yaşlı mərkəz müdafiəçisini 30 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil.
Fransa U-19 millisinin üzvü ilə PSJ də maraqlanır.
Qeyd edək ki, Killian Antonio 2023-cü ilin yayında "Lans"ın akademiyasına qoşulub. Gənc futbolçu cari mövsümdə Liqa 1 təmsilçisinin heyətində 12 rəsmi matçda meydana çıxıb.
