Bakı. Trend:
Şotlandiyanın Qlazqo şəhərinin qərbində avtomobilin piyadaları vurması nəticəsində yeddi nəfər xəstəxanaya aparılıb.
Bu barədə şəhər polisi məlumat yayıb.
Polisin açıqlamasında bildirilir ki, yeddi nəfər tibbi yardım və müayinə üçün xəstəxanaya yerləşdirilib. Sürücü isə hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları tərəfindən müayinə olunub.
Yaralıların vəziyyəti barədə hələlik məlumat verilməyib.
Hadisə yol-nəqliyyat qəzası kimi təsnif edilib.
