Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda genişmiqyaslı hərbi əsir mübadiləsi məsələsinin müzakirə edildiyini bildirib.
Zelenski Danimarkada jurnalistlərlə söhbəti zamanı tərəflərin 1000-ə 1000, hətta 1500-ə 1500 formatında mübadilə imkanını müzakirə etdiyini deyib.
Onun sözlərinə görə, ABŞ nümayəndələri bu təkliflə bağlı Rusiya tərəfi ilə danışıqlar aparacaqlar.
Zelenski həmçinin bildirib ki, görüş zamanı Rusiya nümayəndə heyəti ərazi məsələsini də gündəmə gətirib. Bununla belə, Ukrayna Prezidenti vurğulayıb ki, bu məsələ dövlət başçıları səviyyəsində müzakirə olunmalıdır.
Danışıqların növbəti mərhələsində gərginliyin azaldılması, enerji məsələləri və Qara dənizdəki vəziyyətin müzakirəsi nəzərdə tutulur.
