Bakı. Trend:
Nyu-Cersidən Luizianaya uçan "United Airlines" aviaşirkətinə məxsus təyyarənin sərnişini göyərtədə bomba olduğunu iddia etdikdən sonra saxlanılıb.
Bu barədə noyabrın 10-da WKXWFM radiostansiyası məlumat yayıb.
Məlumata görə, noyabrın 9-da axşam saatlarında Nyuark hava limanından havaya qalxan təyyarənin göyərtəsində 6 ekipaj üzvü və 46 sərnişin olub.
Uçuş zamanı sərnişinlərdən biri qəribə davranmağa başlayıb və üzərində bomba olduğunu bildirib.
Təyyarə Yeni Orleanda təhlükəsiz şəkildə eniş edib. Şübhəli şəxs burada saxlanılıb.
O, bomba barədə bilərəkdən yalan məlumat verməkdə və hədə-qorxu gəlməkdə ittiham olunur.
