Qubada avtomobil ağaca çırpılıb - Ölən və yaralanlar var

Hadisə Xəbər 11 Noyabr 2026 10:02 (UTC +04:00)
Qubada avtomobil ağaca çırpılıb - Ölən və yaralanlar var
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə noyabrın 10-da saat 00:30 radələrində Quba–Tüləkəran avtomobil yolunun Quba rayonunun Gültəpə kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Tüləkəran kənd sakini, 1995-ci il təvəllüdlü Nurəli Əlirzayev idarə etdiyi “VAZ-21214” (“Lada Niva”) markalı avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı avtomobildə olan sərnişin, 2003-cü il təvəllüdlü Fəqan Ədilov xəstəxanaya aparılarkən yolda ölüb. Sürücü və digər sərnişin, 2005-ci il təvəllüdlü Nuray Ədilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti