Konqresmenlər Heqsetin istefasına "yox" dedi

Dünya xəbərləri Xəbər 11 Noyabr 2026 09:49 (UTC +04:00)
Konqresmenlər Heqsetin istefasına "yox" dedi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ Nümayəndələr Palatası Pentaqonun rəhbəri Pit Heqsetin impiçmentinə dair qətnaməni 211 səsə qarşı 204 səslə rədd edib. Hazırda respublikaçıların nəzarətində olan palatada qətnamənin əleyhinə səs verilib.

Bu barədə CNN məlumat yayıb.

Qətnamənin müəllifi olan respublikaçı konqresmen Tomas Massi Heqseti ABŞ-nin İranda, Yəməndə, Venesuelada və Karib hövzəsində keçirdiyi əməliyyatlar zamanı müharibə qaydalarını pozmaqda ittiham edib. Massi bu təşəbbüsü dəstəkləyən yeganə respublikaçı olub.

Heqset isə vəzifəsindən kənarlaşdırılması cəhdini “fars” və siyasi şou adlandırıb. O, Pentaqonun bütün hərbi əməliyyatlarının qanuni olduğunu bildirib və bu təşəbbüsü Donald Trampın ilk prezidentlik dövründə ona qarşı irəli sürülmüş iki impiçment cəhdi ilə müqayisə edib.

Ağ Ev rəhbəri “Truth Social” sosial şəbəkəsində Heqsetə dəstək verib. O, nazirin bu "hücumlara" qarşı müdafiəsini “A+++” kimi qiymətləndirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti