Bakı. Trend:
Yaponiyanın ən böyük mobil operatoru "NTT Docomo" ölkə üzrə xidmətlərində fasilələrin yarandığını açıqlayıb.
Bu, son bir həftə ərzində şirkətin xidmətlərində qeydə alınan ikinci genişmiqyaslı nasazlıqdır.
Hadisənin səbəbi hələlik məlum deyil. Noyabrın 5-də aparılan araşdırma zamanı əvvəlki nasazlığın avadanlığın həddindən artıq yüklənməsi nəticəsində baş verdiyi müəyyən edilib.
Həmin gün şirkət serverlərinə icazəsiz giriş faktı barədə də məlumat yayıb. Nəticədə təxminən 300 min nəfərin, o cümlədən ad və telefon nömrələrinin yer aldığı şəxsi məlumatları sızdırılıb.
Bu hadisələr son həftələrdə Yaponiyanın müxtəlif şirkət və dövlət qurumlarına qarşı kiberhücumların artdığı, nəticədə on milyonlarla istifadəçinin məlumatlarının sızdırıldığı bir vaxta təsadüf edir.
