Bakı. Trend:
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində avtomobilin piyadaları vurması nəticəsində üç nəfər ölüb, daha üç nəfər ağır yaralanıb.
Bu barədə yerli Yanğından Mühafizə İdarəsi məlumat yayıb.
İdarənin saytında dərc olunan açıqlamada bildirilir ki, hadisə yerində üç nəfərin öldüyü təsdiqlənib. Ağır vəziyyətdə olan azı üç yaralı isə təcili tibbi yardım briqadaları tərəfindən yerli xəstəxanalara çatdırılıb.
Hadisə ilə bağlı araşdırma davam edir.
