Bakı. Trend:
İngiltərənin "Arsenal" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
London təmsilçisinin əsas transfer hədəfi Leverkuzen "Bayer"ində çıxış edən Kristian Kofenedir.
Məlumata görə, "Arsenal" kamerunlu hücumçunu qış transfer pəncərəsində heyətinə qatmağa çalışacaq. Londonun digər klubu "Tottenhem" də 20 yaşlı forvardın xidmətində maraqlıdır.
Qeyd edək ki, "Bayer" Kristian Kofaneni 2025-ci ilin yayında İspaniyanın "Albasete" klubundan 5,2 milyon avroya transfer edib. Kamerun millisinin üzvü cari mövsümdə Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 3 qol vurub.
