İqlim dəyişmələri üzrə sammit region üçün böyük əhəmiyyət kəsb edir – Pezeşkian

Dünya xəbərləri Xəbər 11 Noyabr 2026 09:58 (UTC +04:00)
İqlim dəyişmələri üzrə sammit region üçün böyük əhəmiyyət kəsb edir – Pezeşkian
Elnur Bağışov
Elnur Bağışov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti regionun vəziyyəti üçün böyük əhəmiyyət kəsb edir.

İran Prezidentinin informasiya portalının məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian çərşənbə (11 noyabr) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək məqsədilə Türkiyəyə səfər etməzdən öncə Tehranda verdiyi açıqlamada deyib.

“Səfər çərçivəsində İranın ətraf mühitinə ABŞ və İsrail tərəfindən vurulan xəsarətlər, müharibənin mənfi nəticələri haqda məlumatlar veriləcək”, -deyə o qeyd edib.

Sammit çərçivəsində müxtəlif ölkələrin liderləri ilə görüşlərin böyük fürsət yaratdığını deyən Pezeşkian qeyd edib ki, səfər çərçivəsində 10-dan çox dövlət başçısı və rəsmilər, o cümlədən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş nəzərdə tutulub.

Pezeşkian bildirib ki, İran və Türkiyə arasında münasibətlər çox yaxşı səviyyədədir. İran və Türkiyənin regional, iqtisadi, sosial və mədəniyyət sahəsində çoxlu ortaqlığı var və təbii ki, bu ortaqlıq münasibətlərin və regionun təhlükəsizliyinin möhkəmlənməsində effektiv ola bilər.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə 31-ci Konfransı (COP31) noyabrın 9-dan 20-dək Türkiyənin Antalya şəhərində keçirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti