Bakı.Trend:
Ermənistanın Baş naziri Nikol Paşinyan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində Antalyada keçirilən Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə gedib.
Bu barədə "Armenpress" məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Nikol Paşinyanın bir sıra xarici həmkarları ilə ikitərəfli görüşlərinin də keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə 31-ci Konfransı (COP31) noyabrın 9-dan 20-dək Türkiyənin Antalya şəhərində keçiriləcək.
