Azərbaycanın gündəlik neft hasilatı 2026-cı ilin üçüncü rübündə 440 min barel olub - EIA

Energetika Xəbər 11 Noyabr 2026 11:56 (UTC +04:00)
Azərbaycanın gündəlik neft hasilatı 2026-cı ilin üçüncü rübündə 440 min barel olub - EIA
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın gündəlik xam neft hasilatı 2026-cı ilin üçüncü rübündə orta hesabla 440 min barel təşkil edib.

Bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) açıqladığı “Qısamüddətli enerji perspektivi” (Short-Term Energy Outlook) hesabatının 2026-cı ilin noyabr buraxılışında bildirilib.

Hesabatın “Dünya üzrə xam neft hasilatı” adlı cədvəlinə əsasən, Azərbaycanda 2026-cı ilin birinci rübündə gündəlik neft hasilatı 450 min barel, ikinci rübündə 440 min barel, üçüncü rübündə isə 440 min barel səviyyəsində olub.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycanda gündəlik xam neft hasilatı 470 min barel, ikinci rübündə 450 min barel, üçüncü rübündə 460 min barel, dördüncü rübündə isə 470 min barel təşkil edib. Beləliklə, 2025-ci ilin yekun göstəricisi üzrə ölkənin gündəlik orta neft hasilatı 460 min barel olub.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda qaz kondensatı da daxil olmaqla, 19,860 milyon ton xam neft hasil edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 816 min ton və ya 3,9 faiz azdır.

Hesabat dövründə əmtəəlik xam neftin ümumi hasilatdakı payı 19,810 milyon ton təşkil edib. Bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 819 min ton və ya 4 faiz azdır.

Qurumun məlumatına görə, dağ-mədən sənayesinin məhsullarının ümumi dəyəri 31,1 milyard manat təşkil edib. Bununla yanaşı, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahədə sənaye istehsalının real ifadədə həcmi 1,6 faiz azalıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti