Dubaya gedən tanker vuruldu - yaralılar var

Dünya xəbərləri Xəbər 11 Noyabr 2026 10:29 (UTC +04:00)
Dubaya gedən tanker vuruldu - yaralılar var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Körfəzdə Liberiya bayrağı altında üzən tanker hücuma məruz qalıb

TASS xəbər verir ki, bu barədə Hindistanın limanlar, su yolları və gəmiçilik naziri Sarbananda Sonoval məlumat verib.

“MT Fujairah Energy” adlı VLCC sinifli tanker noyabrın 10-da Ər-Rüveys limanından Dubaya doğru hərəkət edərkən Fars körfəzində mərmi zərbəsinə məruz qalıb. Gəmidə altı Hindistan vətəndaşı olmaqla, ümumilikdə 22 dənizçi olub. Bu barədə nazir “X” sosial şəbəkəsində yazıb.

Nazirin sözlərinə görə, hücum nəticəsində ekipajın dörd üzvü yaralanıb. Onlardan biri Hindistan vətəndaşıdır. O, yüngül xəsarətlər alıb və əlavə tibbi müayinə üçün təhlükəsiz şəkildə sahilə çatdırılıb.

“Beş Hindistan vətəndaşı da daxil olmaqla, ekipajın digər 18 üzvü təhlükəsiz yerdədir”, – deyə Sonoval bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti