Bakıda avtomobil körpüdən aşıb, sıxlıq yaranıb

Hadisə Xəbər 11 Noyabr 2026 11:10 (UTC +04:00)
Bakıda avtomobil körpüdən aşıb, sıxlıq yaranıb
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Bu gün səhər saatlarında Bakının Nizami rayonunda, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatına görə, minik avtomobillərindən biri körpünün üzərindən köməkçi yola aşıb.

Qəza nəticəsində Günəşli qəsəbəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Hazırda polis əməkdaşları sıxlığın aradan qaldırılması və nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün zəruri tədbirlər görürlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti