Bakı.Trend:
Tailandın şərqində Siam körfəzində "Venus 14" adlı tanker batıb. Hadisə nəticəsində gəminin altı ekipaj üzvü itkin düşüb.
Bu barədə "The Nation" qəzeti məlumat yayıb.
Balıqçı gəmilərini yanacaqla təmin edən tankerin qəzasə çərşənbə günü Sattahip hərbi-dəniz bazasının gəmiçilik kanalının girişindən 27 dəniz mili (təxminən 50 kilometr) məsafədə baş verib. Hadisənin səbəbləri hələlik məlum deyil.
Axtarış-xilasetmə əməliyyatının aparılması üçün Tailand Hərbi-Dəniz Qüvvələri hadisə bölgəsinə patrul kateri və patrul təyyarəsi göndərib. Hərbçilər, həmçinin ərazidə neft məhsullarının mümkün sızması əlamətlərini araşdırır və yaxınlıqdan keçən gəmiləri naviqasiya təhlükəsi barədə xəbərdar edirlər.
