Bakıda istilik mövsümü başlayır - Bu halda ödəniş etməyə bilərsiz!

Gündəm Xəbər 11 Noyabr 2026 16:38 (UTC +04:00)
Bakıda istilik mövsümü başlayır - Bu halda ödəniş etməyə bilərsiz!
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərində və digər müvafiq ərazilərdə noyabrın 15-dən istilik verilişinə başlanılması üçün zəruri texniki hazırlıq təmin edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq “Azəristiliktəchizat” ASC-dən bildirilib.

Cəmiyyətdən bildirilib ki, xidmət göstərilən istilik təchizatı infrastrukturu 549 qazanxana, 87 istilik məntəqəsi və iki yüksəldici nasos stansiyasını əhatə edir. Bu infrastruktur vasitəsilə 3838 yaşayış binası, 272 məktəb, 159 uşaq bağçası, 142 səhiyyə obyekti və digər obyektlər istiliklə təmin ediləcək.

ASC-dən vurğulanıb ki, istilik verilişinə başlanıldıqdan sonra yarana biləcək lokal nasazlıqlar daxil olan müraciətlər əsasında fərdi qaydada araşdırılacaq. Nasazlığın qazanxanada, xarici şəbəkədə, binadaxili və ya mənzildaxili sistemdə olduğu müəyyənləşdirilərək aidiyyəti üzrə tədbirlər görüləcək.

Ödənişlərin hesablanması zamanı binadaxili şəbəkədə yaranmış nasazlıq səbəbindən istilik enerjisi verilməyən dövrlər, həmçinin istehlakçının əsaslı müraciəti əsasında mənzildə faktiki istilik olmayan günlər nəzərə alınacaq.

“Belə müraciətlər üzrə istilik təchizatının faktiki vəziyyəti və xidmət göstərilməyən müddət araşdırılır, nəticəyə uyğun olaraq hesablanmış istilik haqlarına müvafiq düzəliş edilir. İstiliyin tələb olunan səviyyədə olmaması barədə müraciətlərdə də problemin səbəbi və xidmətin faktiki göstəriciləri qiymətləndirilərək yenidən hesablanma məsələsinə baxılır”, – deyə məlumatda bildirilib.

Abonentlər istilik təchizatı ilə bağlı problemlər barədə 956 Çağrı Mərkəzi, Cəmiyyətin rəsmi internet səhifəsi, elektron poçtu və sosial şəbəkə hesabları vasitəsilə müraciət edə bilərlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti