ABŞ-nin 10-dan çox ştatı Britaniyaya sanksiya tətbiq etməyə hazırlaşır

Dünya xəbərləri Xəbər 11 Noyabr 2026 15:22 (UTC +04:00)
ABŞ-nin 10-dan çox ştatı Britaniyaya sanksiya tətbiq etməyə hazırlaşır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-nin ən azı 13 ştatının baş prokuroru Londonu Böyük Britaniyaya qarşı ticarət məhdudiyyətləri tətbiq etməklə hədələyib. Buna səbəb Britaniya hökumətinin İordan çayının qərb sahilindəki yəhudi yaşayış məntəqələrindən malların idxalına qadağa qoymasıdır.

Bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, Böyük Britaniyanın ABŞ-dəki səfiri ştatların baş prokurorlarından məktublar alıb. Məktublarda onlar Britaniya hökumətindən yəhudi yaşayış məntəqələrinə qarşı tətbiq edilmiş məhdudiyyətləri ləğv etməyi tələb ediblər. Prokurorlar qeyd ediblər ki, Londonun sanksiyaları ABŞ şirkətlərinin maraqlarına zərər vurur və İsrailin suverenliyini sarsıdır.

Söhbət Ayova, Alabama, Arkanzas, Kanzas, Florida, Corciya, Luiziana, Missisipi, Missuri, Montana, Ohayo, Oklahoma və Cənubi Karolina ştatlarından gedir.

Həmin 13 ştatın rəhbərliyi öz səlahiyyətləri çərçivəsində Britaniya şirkətlərinin dövlət müqavilələri üzrə tenderlərdə iştirakına qadağa qoymaq, Britaniya şirkətlərinə yatırılmış investisiyaları geri çəkmək, eləcə də ABŞ-nin federal səviyyəsində məhdudiyyətlərin tətbiqinə nail olmaqla hədələyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti