Rusiya Ukrayna ilə ən böyük əsir mübadiləsini razılaşdırıb

Dünya xəbərləri Xəbər 11 Noyabr 2026 16:51 (UTC +04:00)
Rusiya Ukrayna ilə ən böyük əsir mübadiləsini razılaşdırıb
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Rusiya və Ukrayna Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar zamanı münaqişə başlayandan bəri ən böyük hərbi əsir mübadiləsinin həyata keçirilməsi barədə razılığa gəliblər. Mübadilənin yaxın iki-üç həftə ərzində baş tutacağı gözlənilir.

Bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının İnformasiya İdarəsi rəisinin birinci müavini Aleksandr Zorin “Vesti” informasiya xidmətinə bildirib.

Onun sözlərinə görə, tərəflər mübadilənin genişmiqyaslı olacağı barədə razılığa gəliblər, lakin dəqiq rəqəmlərlə bağlı hələ yekun qərar qəbul edilməyib.

"Biz bunun ən genişmiqyaslı mübadilələrdən biri olacağı barədə razılığa gəldik. Müxtəlif rəqəmlər səsləndirilib, lakin prosedurun razılaşdırılması tələb olunduğundan hələlik yekun rəqəmə gəlməmişik", – deyə Zorin çərşənbə günü bildirib.

O, mübadilənin vaxtı ilə bağlı suala cavabında qeyd edib ki, bütün prosedur məsələləri razılaşdırıldıqdan sonra proses yaxın iki-üç həftə ərzində həyata keçirilə bilər.

Baş Qərargah nümayəndəsi əlavə edib ki, Rusiya və Ukrayna arasında mübadilə ediləcək hərbi əsirlərin sayı hər tərəfdən 1000 nəfərdən çox olacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti