Bakı. Trend:
Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında Antalyadan Dublinə yollanarkən çəkilmiş videosunu paylaşıb.
Videodan aydın olur ki, COP31 Liderlər Sammitində iştirak etmək üçün Türkiyənin Antalya şəhərində olan N.Paşinyan çantasını hazırlayaraq İrlandiyanın paytaxtı Dublində keçiriləcək Avropa Siyasi Birliyinin (ASB) 9-cu Sammitinə yollanmaq üçün çantasını hazırlayır.
Şəxsi əşyalarını çantasına yerləşdirdikdən sonra Baş nazir masasın üzərində olan bir ədəd bananı da əlinə alaraq cibinə qoyur.
Maraqlısı odur ki, Baş nazir Dublinə çatdıqdan sonra paylaşdığı videoda görünür ki, həmin bananı cibindən çıxaraq masasının üzərinə atır.
Paşinyanın Antalyada cibinə qoyduğu banan onunla birlikdə Dublinə qədər gedib çıxır.
Ermənistanın liderinin rəsmi sosial şəbəkə hesabında belə görüntülər paylaşması izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.
