Bakı. Trend:
Çin xarici işlər naziri Van İ ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı Pekinin Vaşinqtona münasibətdə sabit və ardıcıl xarici siyasət yürütdüyünü bildirib.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.
"Çinin ABŞ-yə münasibətdə siyasəti sabit və ardıcıl olaraq qalır. Çin Amerika tərəfi ilə qarşılıqlı əlaqələri və əməkdaşlığı gücləndirməyə, fikir ayrılıqlarını və həssas məsələləri lazımi qaydada tənzimləməyə hazırdır", – deyə nazirliyin məlumatında Van İnin sözləri sitat gətirilib.
Van İ amerikalı həmkarına, həmçinin gələn həftə Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinin uğurla keçirilməsi üçün tərəflərin bir-birinə dəstək göstərməli olduğunu bildirib.