Ermənistan prezidenti TRIPP layihəsi üzrə ABŞ ilə çərçivə sazişini təsdiq edib

Dünya xəbərləri Xəbər 11 Noyabr 2026 22:14 (UTC +04:00)
Ermənistan prezidenti TRIPP layihəsi üzrə ABŞ ilə çərçivə sazişini təsdiq edib

Bakı. Trend:

Ermənistan prezidenti Vaaqn Xaçaturyan ABŞ ilə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə strateji tərəfdaşlığa dair çərçivə sazişinin təsdiq edilməsi haqqında sənədi imzalayıb.

Bu barədə respublika prezidentinin rəsmi səhifəsində məlumat dərc olunub.

“Respublika Prezidenti Vaaqn Xaçaturyan noyabrın 10-da Ermənistan və Amerika Birləşmiş Ştatları arasında “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsi üzrə strateji əməkdaşlığa dair çərçivə sazişinin təsdihaqqında qanunu imzalayıb”, – deyə məlumatda bildirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti