Şəmkirdə avtomobil yoldan çıxıb: Ölənlər var (VİDEO)

Hadisə Xəbər 12 Noyabr 2026 09:53 (UTC +04:00)
Şəmkirdə avtomobil yoldan çıxıb: Ölənlər var (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Şəmkir rayonunda iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Belə ki, noyabrın 11-də saat 23:00 radələrində rayonun Qılıncbəyli kəndi ərazisində kənd sakini Elgün Abbasovun idarə etdiyi “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq təxminən 15 metr məsafədə yol kənarına aşıb.

Nəticədə sürücü və onun həmkəndlisi olan sərnişin Eşqin Abbasov hadisə yerində ölüblər. Avtomobildə olan digər sərnişin, kənd sakini Ruslan Səfərov xəstəxanaya yerləşdirilib.

Əraziyə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, ilkin araşdırmalar zamanı alkoqollu içki qəbul edən sürücünün nahamar yol örtüyü olan yolda sürətə nəzarəti itirməsi hadisənin ehtimal olunan səbəbi kimi qiymətləndirilir.

İdarə sürücüləri sərxoş vəziyyətdə avtomobil idarə etməkdən və sürət həddini aşmaqdan çəkinməyə, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına məsuliyyətlə yanaşmağa çağırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti