Bakı. Trend:
Bakının bir neçə yollarında tıxac müşahidə olunur.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
Babək prospekti, mərkəz istiqamətində;
8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər
sıxlıq müşahidə olunur.